UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib..
Offsideplus.az xəbər verir ki, A, C və D liqasında baş tutacaq matçlardan sonra II tura yekun vurulub.
A liqasında 2-ci qrupda Belçika İslandiya üzərində böyükhesablı qələbə qazanıb. Danimarka - İngiltərə matçında qol vurulmayıb. 3-cü qrupda Fransa Xorvatiya ilə ev, Portuqaliya İsveçlə səfər qarşılaşmasında üç xalı bayram edib.
C liqasında da 4 matç oynanılıb. Azərbaycan yığması 1-ci qrupda ilk qələbəsini Kiprlə səfər matçında qazanıb. Qrupun liderləri Lüksemburq və Monteneqronun duelində ikincilər son dəqiqə qolu sayəsində qələbə qazanıb. 2-ci qrupda Gürcüstan Şimali Makedoniya ilə qollu heç-heçə edib. Ermənistan Estoniya ilə görüşdə qələbə qazanıb.
8 sentyabr
UEFA Millətlər Liqası, II tur
A liqası
C liqası, 2-ci qrup
18:00. Gürcüstan – Şimali Makedoniya - 1:1
Okriaşvili, 13 (pen.) - Ristovski, 33
20:00. Ermənistan – Estoniya - 2:0
Karapetyan, 43, Anqulo, 65
A liqası, 2-ci qrup
22:45. Belçika – İslandiya - 5:1
Vitsel, 13, Batşuayi, 17, 69, Mertens, 50, Doku, 80 - Fridyonsson, 11
22:45. Danimarka – İngiltərə - 0:0
A liqası, 3-cü qrup
22:45. Fransa – Xorvatiya - 4:2
Qrizmann, 43, Livakoviç, 45+1 (avtoqol), Upamekano, 65, Jiru, 77 (pen.) - Lovren, 17, Brekalo, 55
22:45. İsveç – Portuqaliya - 0:2
Ronaldo, 45+1, 72
C liqası, 1-ci qrup
22:45. Kipr – Azərbaycan - 0:1
Maksim Medvedev, 29
22:45. Lüksemburq – Monteneqro - 0:1
Beqiray, 90+3
D liqası, 2-ci qrup
22:45. San-Marino - Lixtenşteyn - 0:2
Hasler, 3, Frik, 14