"Qalatasaray" Türkiyə Super Liqasının son turunda çempionluğu qeyd etməyə hazırlaşır.
Offsideplus.az "haberler.com"a istinadən xəbər verir ki, artıq çempionluğu təmin edən "sarı-qırmızılılar"a 1 xal da bəs edir. Klub rəhbərliyi çempionluq tədbirini Göztəpə səfərindən 2 gün sonra "Türk Telekom" stadionunda keçirəcək. Ramazan ayının başlaması səbəbi ilə tədbir iftardan sonra baş tutacaq. "Qalatasaray"ın çempionluq mərasiminə gəlişi gözlənilənlərdən biri də, məşhur müğənni Aleyna Tilki idi. Lakin gənc müğənninin klip çəkilişlərinə görə, stadiona gələ bilməməsi barədə xəbərlər yayılıb. Türkiyə mediasının yazdığına görə, buna ən çox məyus olanlardan biri "cim-bom"un hücumçusu Batefimbi Qomis olub. Belə ki, mövsümün əvvəlində Aleyna Tilkinin "Səb olsan bari" mahnısına rəqs edib sosial şəbəkədə paylaşan Qomisin bu dəfə onun canlı ifasını öz çempionluq mərasimlərində dinləməyi mümkün olmyacaq.
Tilkinin tədbirə gələ bilməməsinin ardından, "Qalatasaray" daha bir məşhur müğənni Kənan Doğulu ilə anlaşıb.