Alisson Bekerin atasının dünyasını dəyişdiyini məlumat vermişdik. 

Offsideplus.az xəbər verir ki, "Liverpul"un qolkiperi ailəsində baş vermiş itki ilə bağlı vətəninə gedə bilməməklə ikiqat kədər yaşayıb. Pandemiya səbəbindən Böyük Britaniya ilə Braziliya arasındakı hava yolları bağlı olduğundan, Alisson atasının dəfnində iştirak etməyib. Üstəlik, həyat yoldaşlı hamiləliyin 28-ci həftəsindədir.

Qeyd edək ki, qolkiper 2019-ci ildə dünyanın ən yaxşı qapıçısı adına layiq görülüb.