"Barselona" - PSJ görüşünün (1:4) ilk yarısında qonaqların qapısına təyin olunan penalti ciddi şübhələrə yol açdı.

Dərhal da sosial şəbəkələrdə katalonların növbəti dəfə olmayan 11 metrlik cərimə zərbəsindən sonra qol vurmasına dair atmacalı statuslar paylaşıldı. 

Offsideplus.az xəbər verir ki, belələrindən biri də zədə səbəbindən İspaniyaya gəlməyən Neymar olub. PSJ-nin braziliyalı ulduzu qol vurulandan dərhal sonra "tvitter" hesabında "bu penalti zarafatdır" yazaraq, gülüş emojiləri atıb. Və ən maraqlısı, Neymarın həmin postu cəmi 3 dəqiqə sonra silməsi olub. 

Neymarın bu hərəkəti penalti epizodundan çox müzakirə olunub. Böyük əksəriyyət Neymarın penaltini məhz dostu Lionel Messinin qola çevirdiyinə görə atmacasını yığıdırdığını iddia edib.

Безымянный