Roberto Bordinin işsiz günləri başa çatıb.
Offsideplus.az "moldfootball"a istinadla xəbər verir ki, "Neftçi"nin sabiq çalışdırıcısı bundan sonra Moldova millisinə rəhbərlik edəcək. O, bu postda Engin Fıratı əvəzləyib. 56 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələ oyunlarının sonuna, yəni bu ilin noyabrına qədər anlaşma əldə olunub.
Qeyd edək ki, ötən ilin yanvarında "Neftçi"dən ayrılan Bordin 2016-18-ci illər aralığında Moldova "Şerif"ini çalışdırıb.