Fernando Torres hər birimizin xatirindədir.

Onun futbolçu görkəmi, siması, yerişi, duruşu, qaçışı.. "Atletiko", "Liverpul", "Çelsi" kimi komandaların, eləcə də İspaniya millisinin arıq bədənli, hündür boylu sabiq forvardı. "El Nino" ləqəbli məşhur "9 nömrə". Lakin yaddaşlarınızın küncünə həkk olan həmin Torres indi çox dəyişib.

Offsideplus.az xəbər verir ki, "Atletiko"nun akademiyasında məşqçiliyə başlayan Fernando görkəmini yeniləyib. İndi onu görənlər futbolçuya yox, boksçuya və ya fitnes məşqçisinə bənzədirlər. Çiyinləri böyüyüb, sinəsinə və qollarına yığılan əzələlər sabiq futbolçunu sözün yaxşı mənasında tanınmaz hala salıb. 

Fernando yanvarın 19-da "tvitter"də AW8 brendinin rəsmi nümayəndəsi olduğuna dair video paylaşıb. Videoya baxanlar təəccübünü gizlədə bilməyib. Hamının uşaq üzlü, arıq oğlan kimi xatırladığı "El Nino" dəyişilib. Videodakı bədən quruluşuna görə onu Adam Traore ilə Leon Qoretskaya oxşadanlar da tapılıb. Hətta Halka da.

Səbəbsə fitnes və boksla fasiləsiz məşğul olmasıdır. Torres peşəkar boksçu Nelson Dotellə məşq edir, bu idman növünün sirlərini ondan öyrənir. 

Bu da dəyişilmiş Torresin yeni görkəmi.

Безымянный