Afrikalı futbolçuların şaxtaya davamı yoxdur.
Havanın hərarəti mənfiyə düşən kimi bu onlar üçün əsl faciəyə çevrilir. Lakin bunu heç də bütün afrikalılara aid etmək doğru olmaz.
Offsideplus.az xəbər verir ki, Kamerunda doğulan, lakin atasının işinə görə uşaq yaşlarında Rusiyaya köçən Qael Ondua şaxtası ilə dünyada ad çıxaran Maqadan vilayətinin Susuman şəhərində dincəlmək qərarına gəlib. Uşaq yaşlarında ÇSKA ilə "Lokomotiv"in, peşəkar səviyyədə "Anji"nin formasını geyinən futbolçu Maqadanda gördükləri haqda bunları deyib: "Susumana getmək çoxdankı arzum idi. Maqadan haqda çox eşitsəm də, heç vaxt orda olmamışdım. Nəhayət, günlərin birində Moskvadan olan dostlarımla səyahət etməyi qərara aldım. Dostlarımızdan biri Susumanda doğulmuşdu. Moskvadan Maqadana təyyarə ilə 7 saata uçduq, ordan Susumana isə maşınla 9 saata çatdıq. Dekabrın 24-ü lazım olan yerdəydik, yanvarın 1-nə kimi orda qaldıq.
Soyuq olacağını bilirdim, amma bu dərəcədə yox. Biz çatanda mənfi 48-49 dərəcəydi, 2 gündən sonra 53 dərəcəyə düşdü. Adama elə gəlirdi ki, 60-65 dərəcə şaxta var. Başqa yerlərdə kürkə necə yanaşırlar bilmirəm, amma Maqadanda kürksüz yaşamaq mümkün deyil".
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2019-cu ildə İsveçrə "Servett"ində top qovur.