Müzəffər ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük İkinci Vətən Müharibəsində bir çox idmançılarımız da iştirak etdi.
Onlar arasında qəhrəmanlıqla şəhid olanlar da oldu, yaralanaraq qazi olanlar da. Həmin idmançılar sırasında futbolçular da var və onlar öz Vətən borclarını ləyaqətlə yerinə yetirdilər.
Offsideplus.az xəbər verir ki, həmin futbolçulardan biri də Yunis Abbaslıdır. Yunis futbolla peşəkar səviyyədə məşğul olub. 2013-15-ci illərdə "Xəzər Lənkəran"ın, 2015-18-ci illərdə "Qarabağ"ın, 2018-19-cu illərdə "Sabah"ın və 2019-cu ilin aprelinə kimi MOİK-in şərəfini qoruyub.
Müharibənin ilk günlərindən fəal şəkildə döyüşlərdə iştirak edib və xüsusi təyinatlı dəstənin tərkibində Kəlbəcər, Cəbrayıl və Füzuli uğurunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Füzulinin işğaldan azad olunmasında yaxından iştirak edib və məhz həmin döyüşlərdə başından ağır yaralanıb. Hazırda Mərdəkan reabilitasiya mərkəzində müalicə alsa da, təcili əməliyyata ehtiyacı var. Çünki aldığı zədə çox ağırdrı və kəllə qapağı ciddi zədələnib. Eyni zamanda digər nahiyələrində də ciddi zədələr var.
Əməliyyatdan sonra səhhətində ciddi irəliləyiş ola biləcəyinə dair böyük ümidlər var.
Maraqlananlar, yardım etmək istəyənlər Lənkəran, Vağzal küçəsi 6-da qeydiyyatda olan Yunislə 050 622 50 42 nömrəsi ilə əlaqə saxlaya bilər. (rekord)