Antuan Qrizmann əmisinin Lionel Messi haqda dediklərinə münasibət bildirib.
Offisdeplus.az "Marca"ya istinadla xəbər verir ki, Fransa millisinin üzvü əmisini danışdırmır. Lakin bu, onun komanda yoldaşı haqda dediklərinə görə deyil: "Dayımın Messi haqda dedikləri? Mən əmimlə münasibətləri evləndiyim gündən kəsmişəm. Toyuma çağırdım, gəlmədi, elə gündən hər şeyə nöqtə qoydum. Buna baxmayaraq, atam və bacim onu danışdırır, mətbuata danışmasalar da. Leo mənim ona necə hörmət etdiyimi yaxşı bilir. Mən onunla fəxr edirəm. Əmimsə futbolun necə yarandığını, nə olduğunu heç bilmir. Hətta o adamın telefon nömrəsi məndə yoxdur".
Xatırladaq ki, Qrizmannın əmisi mətbuata verdiyi açıqlamada qardaşı oğlunun komandaya uyğunlaşa bilməməsində Messini günahlandırmış, Antuanın istədiyi oyunu göstərməsində argentinalı ulduzun "rolunu" ön plana çəkmişdi.