Sentyabrın 27-dən bu yana Ermənistan təşviş içindədi.
Şanlı Azərbaycan ordusunun cəbhədə apardığı hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın müəyyən hissəsi düşmən tapdağından azad edib. Bu isə qarşı tərəfdə inanılmaz həyəcana səbəb olmaqdadır. İndi ermənilər üzdə olan simalarını, hətta ölkə xaricində yaşayan həmvətənlərini də söhbətə qatırlar ki, kənar ölkələr Azərbaycanı dayandırsın, müharibə fikrindən daşındırsın.
Bu mənada ABŞ-a boylanmaları anlaşılandı.
Offsideplus.az xəbər verir ki, hazırda Los-Ancelesdə yaşayan Yura Movsisyan maraqlı açıqlamalarla diqqət çəkib. 1987-ci ildə Bakıda anadan olan, 1991-ci ildə dövlətlərarası münaqişəyə görə valideynləri ilə birgə Azərbaycandan ABŞ-a qaçan Ermənistan millisinin sabiq futbolçusu "Vays" radiosuna açıqlamasında bunları deyib: "Uşaqlarıma demişəm ki, müharibə dayanmasa, mən də gedəcəm. Böyük qızım susmadı: "ata, sən təksən, gedib nə edəcəksən"? Bilirəm ki, çoxları qızım kimi düşünür. Qızıma nə cavab verdim? Dedim, qızım, mən getsəm, insanların azı 1 faiiz eyni addımı atacaq. Bu isə böyük məna kəsb edə bilər".