"Barselona"nın ulduz oyunçusu Lionel Messi komandanın idman direktoru Erik Abidalla açıq münaqişəyə girib.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu "Instagram" hesabında Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərini paylaşaraq, ondan narazıların adlarını çəkməsini tələb edib: "Düzünü desəm mən belə şeyləri etməyi xoşlamıram, lakin düşünürəm ki, hər kəs öz işində məsuliyyətli olmalı və əhəmiyyətli qərarlar verməlidir. Meydanda işlərin yolunda getmədiyini ilk bilənlər, həmçinin biz oyunçular oluruq. İdarə heyətindən olan şəxslər qərar verməzdən əvvəl məsuliyyəti öz üzərilərinə götürməlidirlər. Sonda, oyunçular haqda danışılırsa ad çəkilməli olduğunu düşünürəm. Əks halda bizim hamımızın adı ilə danışılır və heç bir reallığa sığmayan haqda şeyləri həzm etmək məcburiyyətində qalırıq".
Klubun idman direktoru "Sport"a açıqlamasında komandanın Valverdeni tənqid etdiyini və tam gücünü ortaya qoymadığını, uğursuz nəticələrin bununla əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, "Barselona" Ernesto Valverde ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb. Onu bu postda Kike Setyen əvəzləyib.