SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar, o cümlədən R.Abdullayev yer almayacaq. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunmasını məqsədəuyğun hesab etməyib.

Xatırladaq ki, R.Abdullayev üç çağırış Milli Məclisin deputatı olub. 

 

 

 “Qafqazinfo”