"Qızıl top-2019" mükafatının qalibi Lionel Messi nəticələr barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın argentinalı hücumçusu bu nominasiyada qalibin hansı meyarlar üzrə müəyyən edilməsi barədə düşüncələrini də paylaşıb: "Özümlə Ronaldo arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm. Biz müxtəlif tapşırıqları yerinə yetiririk: o, bombardirdir, mən isə oyunun qurulması ilə məşğul oluram. "Qızıl top"u almaq üçün sizə inanılmaz mövsüm keçirmək və Çempionlar Liqasını udmaq lazımdır. Avropada klubunuzla qələbə bu mükafata daha çox, ən azı əksər hallarda sizə şans verir".
Messi "L'Equipe"yə açıqlamasında 6-cı dəfə mükafatı qazanması barədə isə belə deyib: "Kriştianu beşinci dəfə bu mükafatı qazananada o, "Real"la böyük dövr yaşadı, bütün mümkün titulları qazandı. Ronaldo buna layiq idi. Onda mən düşünürdüm ki, daha çox şey edə bilərdim. Tək olmamağım, kiminsə "qızıl top"u beş dəfə almasını dərk etmək, mənə müəyyən mənada pis təsir edirdi".
Messi 2019-cu ildə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi olub. O, həmçinin Argentina yığmasının heyətində Amerika Kubokunun bürünc medalını qazanıb.