Azərbaycanlı hakimlər Rəhim Həsənov və Cəmil Quliyev növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıblar.

Offsideplus.az xəbər verir ki, hər iki referi 4-cü qrupda keçiriləcək İsveç - Farer adaları qarşılaşmasında iş başında olacaqlar. Quliyev yan xətt hakimi, FIFA referisi Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Həsənov bu qrupda daha öncə Farer adalarının Danimarkaya 1:6 hesabı ilə uduzduğu oyunu idarə edib. Həmin görüşdə Quliyev yan xətt hakimi olub.

Qeyd edək ki, İsveç - Farer adaları görüşü bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.