Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Çelsi” və “Mançester Yunayted”in hazırkı durumunu dəyərləndirib

Offsideplus.az xəbər verir ki, təcrübəli məşqçi vəziyyəti öz dövründəki ilə müqayisə edib.

O, “Çelsi”nin baş məşqçisi Frenk Lemparda da “ilişib”: “Sən məğlubiyyəti “komandam yaxşı oynadı, futbolçular bütün qüvvəsini sərf etdi, fanatlar bu komanda ilə fəxr edə bilərlər” kimi qəbul edirsənsə, deməli, böyük komanda olmağın prinsipləri dəyişib”. (Lempard “Liverpul”la qarşılaşmadan sonra komandası ilə fəxr etdiyini demişdi).

Mourinyo sabiq klubu "Mnaçester Yunayted"i də tənqid etmək fürsətini əldən verməyib: “Məni qovdular. Ola bilsin ki, buna layiq idim. Amma indi komandanın durumu mənim vaxtımdakından da pisdir”.