PSJ gələn ilin yayında Neymarı istədiyi məbləğə sata bilməyəcək.
Buna FIFA qaydaları imkan verməyəcək.
Məsələ burasındadır ki, gələn il Neymarın Paris klubunda 3 ili geridə qalmış olacaq. FIFA qaydalarına əsasən, bir futbolçunun klubu ilə müqavilə imzaladığı müddətdən sonrakı 3 il ərzində sözləşmə şərtlərində hər hansı bir dəyişiklik olmasa, onun transfer qiymətini ali futbol qurumu müəyyənləşdirir.
Məhz buna əsasən, mövsümün sonunda Neymarın təzminat məbləğini FIFA açıqlayacaq. Braziliyalının təmsilçiləri qurumla artıq təmasa keçib. İlkin məlumata əsasən, 27 yaşlı superulduz gələn il 170 milyon avroya istənilən kluba keçə biləcək.
Qeyd edək ki, "Barselona" bu yay Neymarı qaytarmaq istəsə də, PSJ rəhbərliyinin astronomik məbləğ tələb etməsi ispanları fikrindən daşındırıb. matc.az