"Bakıda insanlardan çox taksi var".
Offsideplus.az-ın məlumatına görə, bu sözləri İsrail mətbuatına açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Əli Babayev deyib. Bu mövsümün əvvəlində İsrailin "Hapoel Raanana" klubundan "gənclik şəhəri" təmsilçisinə keçən futbolçu buradakı həyatından danışıb. O, polislərlə bağlı başına gələn maraqlı hadisəni də xatırlayıb:
"Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və öz maşına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər". (qol.az)