Ronaldo təbiətcə sakit adamdır. Üzündə həmişə təbəssüm olar. Braziliyalı dəqiq ötürmə verməyən komanda yoldaşına heç vaxt əsəbləşməz, səsini qaldırmazdı. İstər meydanda, istərsə də kənarda həmişə kefi kök olardı. Kədərlənməyi sevmirdi
Yüzlərlə könül fəth etsə də, gəncliyində özünə qız tapa bilmirdi
Ronaldo gənclik illərində çox utancaq idi. Bütün günü futboldan danışması qızları cəlb etmirdi. Yenicə tanış olduğu qızlar tez bir zamanda ondan ayrılırdı. Hətta davranışına görə, gənc oğlanı “gey” adlandırmaqdan çəkinmirdilər. Çirkin siması da qızların uzaqlaşmasına səbəb olurdu. Yekə və əyri dişləri onu lap eybəcər göstərirdi. Elə ilk sevgisi çirkinliyinə görə yarımçıq qalmışdı. 14 yaşı olanda Kelli adlı qonşu qızı Ronaldonun qəlbinə od saldı. Hətta gələcəyin dahi futbolçusu Kellinin xətrinə yaxımlıqdakı bağdan xeyli meyvə oğurlayaraq “sevgilisinə” gətirmişdi. Faydası olmadı. Qonşu qız çirkin Ronaldonu bəyənmədi. Sonralar hər şey dəyişdi. 17 yaşlı gənc dişlərini düzəltdi, idmanla məşğul olduğundan bədən quruluşu nizamlandı və Braziliya futbolunun ulduzuna çevrildi. 1994-cü ildə millinin heyətində dünya çempionu adını qazandı. Bir neçə ildən sonra futbolçunun ilk sevgilisi Kellinin yanına gələn Plaqar qəzetinin müxbiri Ronaldodadan imtina etdiyi üçün peşiman olub-olmadığını soruşur. “İndi tamamilə dəyişib, əvvəlki kimi eybəcər deyil. Gözəl bədən quruluşu var. Mən onu tanıyanda belə olsaydı, imtina etməzdim”,- qız bildirmişdi. Amma Kelli artıq Ronaldoya lazım deyildi: tanınmış futbolçu istənilən qızla eşq yaşaya bilərdi.
Hər matçdan əvvəl seks
17 yaşında PSV-də oynamaq üçün Hollandiyaya gələn Ronaldo Nade adlı bir cazibədar qızı özü ilə götürmüşdü. Futbolçunun dostu Kalanqo xatırlayır: “Nade gözəlliyi ilə hamını heyran edirdi. Həmişə hündürdaban ayaqqabı geyinir, mini-yubkada gəzirdi. Televizora baxmaq və Nade ilə sekslə məşğul olmaq Ronaldonun hobbisi idi. Bir müddətdən sonra Nadedən doyan futbolçu onu başqa bir qızla dəyişdi”. Braziliyalı yeni sevgilisi Vivianno ilə gecə klubunda tanış olmuşdu. Elə oradaca qızı boş bir otağa apararaq sekslə məşğul olmağa başlamışdı. Bir müddət sonra Braziliyaya qayıdan futbolçunu burada sürpriz gözləyirdi. 18 yaşlı oğlanı xəyanətdə ittiham edən Nade hamilə olduğunu dedi. Ronaldo DNK testindən keçməyi tələb etsə də, Nade razılaşmadı və ayrıldılar.
Sərbəst qalan Ronaldo, demək olar ki, hər gün bir qadınla olurdu. Qadının gözəlliyi və ya çirkinliyi fərq etmirdi. Sadəcə, braziliyalı seksdən zövq alırdı. Futbolçunun DÇ-2002 ərəfəsində sekslə bağlı dediyi fikirlər indi də yaddaşlardadır: “Artıq altı ildir ki, hər matçdan əvvəl sekslə məşğul oluram. Seks zamanı vacib bir məqam var - seks zamanı kişi passiv olmalıdır. Özünü gözləmək vacibdir. Bu, kişini daha tez rahatladır, xoşbəxt olur. Aktiv seksə sərf olunan enerji kişini halsızlaşdırır. Mən passiv seksə ən azı iki saat vaxt sərf edirəm”.
Barcelona-da oynadığı vaxt restorana gələn Ronaldo nahar etdikdən sonra klubun bazasına qayıtmır. Bir neçə saatdan sonra mühafizəçilər onu axtarmağa başlayır. Məlum olur ki, Ronaldo bazanın soyunub-geyinmə otağında restoranda tanış olduğu iki qızla sekslə məşğul olurmuş. Hər gün yeni bir sevgili tapmaq çətih deyildi. Ulduz futbilçunun yaşadığı evin qabağı fanat qızlarla dolu olurdu və hər biri Ronaldonun “ustalığından” həzz almağa hazır idi. “Sambaçı” ürəyinə yatan “gözəlçəni” yataq otağına apara bilərdi.
Sevgilisinin yanına qaçarkən “Qızıl top”u unutdu
1997-ci ildə Ronaldo İnter klubuna transfer olundu. Futbolçunun gecə həyatının ən uğurlu illəri başladı. Milana gələndən dərhal sonra burada Braziliya əsilli top-model və aktrisa Suzanna Vernerlə tanış oldu. Münasib bədənli həmyerlisi futbolçunun çox xoşuna gəlirdi. İtaliya televiziyasında təşkil olunan şou verilişinə dəvət alan Ronaldo burada Suzanna ilə yaşadıqlarının bəzi detallarından danışmaqdan çəkinmədi: “Seks hər ikimizin həyatının bir parçasıdır. Seks-oyunları çox sevirik. Hamamda bu işi görməkdən xoşum gəlir. Suzannanın bədəni sanki mərmərdən yonulub. Onu başdan ayaq barmaqlarına qədər öpməkdən zövq alıram”. Top-modellə isti münasibətə baxmayaraq, Ronaldo az qala hər gün gecə klublarında “sevgilisini” başqa qadınlarla dəyişməkdən əl çəkmirdi. Bəzən gecə klublarına komanda yoldaşı Kristian Vieri ilə gedirdi. Səhərə qədər qızlarla əylənən futbolçular oradan birbaşa məşqə yollanırdı. Ronaldo belə əyləncələrə adət ediyindən məşqdə yorulmurdu. Vieri isə əksinə, halsızlıqdan şikayət edir, qarnı ağrıyır, nəfəsi çatmırdı. Braziliyalı komanda yoldaşının bu halına təbəssümlə cavab verirdi.
Ronaldo milli komandanın oyunlarına hazırlıq zamanı da seks həyatından ayrılmırdı. 1997-ci ildə Braziliya millisi Amerika Kubokunda oynamaq üçün Boliviyaya yollanmışdı. 3 il əvvəl dünya çempionu olan milli Amerika Kubokunu əldə etmək üçün ciddi hazırlaşmalı idi. Lakin “sambaçılar”ın əsəriyyəti “hazırlığı” gecə klublarında keçirdi. The Guardian qəzetinin müxbiri Cek Keroll xatırlayır: “Bir dəfə gecə klublarını birində hay-küylü braziliyalıları gördüm. Rivaldo, Denilson və Ronaldo burada əylənirdi. Braziliyalı ulduzların dizinin üstündə gənc qızlar oturmuşdu. Ronaldo dizlərinə 3 qızı birdən əyləşdirmişdi. Futbolçular saat 3-ə qədər əyləndilər. Eyni şey hər gün təkrarlanırdı. Braziliyalılar bara gələndə onların ətrafına yarıçılpaq qızlar toplanırdı. Fikirləşirdim ki, bütün gecəni burada keçirən futbolçular oyuna necə çıxır? Bu qədər enerji itirəndən sonra necə oynamaq olar?”.
Qeyd edək iki, Boliviyadakı gecə həyatı Braziliya millisinin qələbəsinə mane olmadı. Milli Amerika kubokunu qazandı. Ronaldo turnirdə 5 qol vurmağı bacardı. Gecə həyatı, gündəlik həyata çevrilmiş seks futbolçunun oyun tərzinə zərrə qədər təsir etmirdi. Təsadüfi deyil ki, 1998-də “Qızıl top” məhz Ronaldoya verildi. Tədbirdən dərhal sonra seks üçün sevgilisinin yanına qaçan futbolçu 12 kiloqramlıq mükafatı soyunub-geyinmə otağında unutmuşdu. Xadimə 11 min funt dəyərində olan bu mükafatı çirkli futbolkaların arasından taparaq Ronaldoya qaytarmışdı.
“Sambaçı”nın 200 yüz sevgilisi olub
Ronaldonun neçə qadınla eşq macərası yaşadığını heç kim dəqiq bilmir. Uinsli Klarkson Ronaldoya həsr etdiyi “21 yaşlı dahi” kitabında braziliyalının ən azı 200 qadınla seks yaşadığını bildirir. Ukraynalı pornoaktrisa, braziliyalının yanında iki gecə keçirən Oksana Kloçko isə futbolçunun daha çox qadınla birlikdə olduğunu deyib. “Mən Ronaldo ilə iki gecə keçirdim. Təəssüf ki, münasibətlərimiz uzun müddət davam etmədi. Roni seks ustasıdır. Qarşısıns çıxan hər qadını yatagına gətirmək onun üçün adi haldır. Deyə bilmərəm neçə qadınla eşq yaşayıb. 200, yoxsa 300 qadın olub həyatında, demək çətindir”.
Braziliyalı futbol ulduzu şəxsi həyatı barədə danışmağı sevmir. Haqında deyilən əfsanələrə cavab vermədiyindən, nəyin yalan, nəyin doğru olduğunu təyin etmək çətindir. Amma, deyilənlərin əksəriyyəti həqiqəti əks etdirir.
Maraqlıdır ki, gündə bir qızla əylənən seks ulduzu qısqanc idi. Bir dəfə Suzanna çəkiliş zamanı aktyorla öpüşdüyü üçün Ronaldo onunla dalaşmışdı. Hətta sevgilisinə xüsusi mobil telefon almışdı ki, hər an onunla əlaqə saxlaya bilsin. Futbolçunun hər gün xəyanət etməsi Suzannanı da özündən çıxarırdı. 1999-cu ildə Rollan Qarros turnirində məşhur tennisçi Anna Kurnikova ilə öpüşməsi əlaqələrinin sonu oldu. Suzanna iki il bir yerdə olduğu Ronaldodan ayrıldı.
Suzannanın gedişi futbolçunu narahat etmirdi. Cəmi iki gündən sonra televizorda gördüyü Milena Dominqes onun ürəyini ovladı. Braziliya qadın millisində oynayan Milena çox gözəl idi. Braziliya mətbuatı onu “Braziliyalı Barbi” adlandırırdı. Elə ilk tanışlıq zamanı “Barbi” Ronaldoya vuruldu. Cütlük ailə həyatı qurmağı planılaşdırırdı. Milena ailəsinin adətinə görə, toya qədər sekslə məşğul olmaq olmazdı. Təbii ki, Ronaldo belə adətləri yaxın buraxmırdı. Amma etdiyi hərəkətə görə qəzəbləndirdiyi qaynanasına izahat verməli oldu. Cütlüyün Ronald adlı bir oğlu var. Atası kimi futbolçudur. Braziliyanın U-18 millisində oynayıb.
Ailə həyatı Ronaldonun gecə həyatına əngəl olmadı. Hətta futbolçu fahişəxanalara üz tutmağa başlamışdı. 1999-cu ildə İtaliya qəzetləri Ronaldonun fahişəxananın sahibi Lazar de Moyrasla şəklini dərc etdi. Bu şəkil Ronaldonun ailəsində böyük skandal yaratdı. Fahişəxanada “işləyən” qızlardan biri Ronaldonun tez-tez onların qonağı olduğunu televiziyada təsdiqlədi: “Braziliyalı bizim yanımıza tez-tez gəlir. Çox əliaçıqdır. Qızları hamısı onunla yatmağa can atır. Braziliyalı oral seksə üstünlük verir”. Bu hadisədən bir müddət sonra Milena Ronaldodan boşandı. Milenadan sonra forvard daha iki qadınla rəsmi nigaha girdi. Ailə həyatı qurduğu fotomodel Rayka Olivera Ronaldonu gecə həyatından uzaqlaşdırmaq üçün maraqlı üsul tapmışdı. Rayka evdə hər gün alt paltarında, bəzən isə lüt gəzirdi ki, “əri” ona baxsın, gözü doysun. Ronaldo bundan zövq alırdı. Amma özünə yeni sevgili tapmdan necə yaşaya bilərdi?
2005-ci ildə Braziliya millisi Yaponiyada keçirilən Konfederasiya Kubokunda iştirak edirdi. Ronaldo restoranda tanış olduğu ofisiantı gecə yatağına apardı. 2011-ci ildə həmin ofisiant futbolçunu məhkəməyə verərək uşağa görə aliment tələb etdi. DNK ananilizi uşağın həqiqətən Ronaldodan olduğunu təsdiqlədi.
Braziliyalının Real-da oynadığı vaxr klubun prezidenti Florentino Pereslə dialoqu dillər əzbəridir:
-Ronaldo niyə gecələr evdə qalmırsan? Görürsən, Fiqu gecələri hər gün evdə həyat yoldaşı ilə keçirir.
– Prezident, mənim də bu cür həyat yoldaşım olsaydı, bayıra çıxmazdım.
Son zamanlar Ronaldonun gecə həyatında “səngimə” baş verib. Xeyli müddətdir ki, yeni sevgililəri ilə şəkilləri qəzetləri bəzəmir. Futbol və seks ulduzu iki ilə yaxındır ki, 24 yaşlı Seline Losk adlı modellə rəsmi nigaha girib. Hazırda cütlük rahat həyat sürür. Deyəsən, Ronaldo həyatında ilk dəfə əsil ailənin nə olduğunu başa düşüb.
Mənbə: Goal.az