Mövsümün sonunda "Mançester Yuanyted"dən ayrılacaq olan Markus Reşford "Barselona"ya keçməyə yaxındır.

 Offsideplus.az  "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Erik ten Haqın planında olmayan 24 yaşlı ingiltərəli hücumçunu heyətinə qatmaq istəyir. Onun müqaviləsi 2023-cü ildə yekunlaşır.

Qeyd edək ki, Reşford bu mövsüm 30 matçda 5 qola imza atıb.