Azərbaycan millisinin qapıçısı Emil Balayevin fotmasını geyindiyi Qazaxıstanın "Turan" klubunun baş məşqçisi Vladimir Qazzayev postdundan ayrılıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, ailə məsələlərinə görə müqaviləsinə xitam verib. Onu bu vəzifədə müvəqqəti olaraq  Kuanış Kabdulov əvəzləyəcək.

Bildirək ki, millimizin sabiq futbolçusu Vaqif Cavadov da "Turan"da köməkçi məşqçi işləyir.