Türkiyə millisinin və Fransanın "Lill" klubunun hücumçusu Burak Yılmaz Türkiyəyə qayıda bilər.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu "Beşiktaş"a dönmək niyyətindədir. Belə ki, növbəti mövsüm "qara qartallar"ın baş məşqçisi olacağı gözlənilən Şenol Günəş Burakla danışıb və onun qayıtmasını istəyib. Futbolçu özü də bu məsələyə müsbət yanaşır.

Onun Liqa 1 təmsilçisi ilə sözləşməsi bu mövsümün sonu başa çatır. Həmçinin, Burakı İtaliyanın "Salernitan"a klubu da transfer etmək istəyir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü "Lill"in heyətində Fransa çempionu və ölkə kubokunun qalibi olub. O, daha əvvəl 2019/2020 mövsümündə "Beşiktaş"da çıxış edib.