"Barselona"nın futbolçusu Mark Kasado La Liqanın 11-ci turunda səfərdə "Real Madrid"i məğlub etdikləri oyun haqda xüsusi şərh verib.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Kasado bunları söyləyib:
"Real"ı səfərdə 4:0 hesabı ilə məğlub etdiyimiz gün karyeramın ən yaxşı günü idi. Ailə üzvlərim dedilər ki, oyun başlayandan bitənə qədər ağlayıblar. Mən "Barselona"nın böyük fanatıyam. "Real"a qarşıyam!"