"Atletiko" heyətini gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"nin üzvü Konor Qallageri heyətinə qatmaq istəyir. Bu barədə məlumatı jurnalist Matteo Moretto yayıb.
"Atletiko" London təmsilçisinə yarımmüdafiəçi üçün 30 milyon avro və bonuslar təklif edəcək.
Qeyd edək ki, Qallager Enzo Mareska "Çelsi"yə təyinatından sonra komandadan ayrılmaq istəyir. Futbolçu ingilis mütəxəssisin oyun tərzinin ona uyğun olmadığını bildirib.