"Real" iki futbolçusu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, "kral klubu" Karvaxal və Ferland Mendi ilə yollarına davam edəcək.

Onların hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Mənbənin yazdığına görə, razılaşma Karvaxalla 2026-ci il mövsümün sonuna qədər, Mendiylə isə daha uzun zaman üçün nəzərdə tutulub.