"Leyptsiq"in üzvü Dani Olmo karyerasını "Barselona"da davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Qeyd olunub ki, Kataloniya klubu yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalamağa hazırdır. Mənbənin məlumatına görə, 26 yaşlı oyunçu digər klublardan gələn təklifləri geri çevirib.
O, geridə qalan mövsüm 25 oyunda 8 qol və 3 məhsuldar ötürmə edib.