"Real"ın futbolçusu Antonio Rudiger komandadakı gələcəyi haqda qərar verib.

Offsideplus.az xəbər verir ki, o, "kral klubu"nu tərk etməyəcək.

Müdafiəçiyə Səudiyyə Ərəbistanı klublarından təklif olsa da, alman bunu qəbul etməyib.

Rudiger ötən mövsüm Madrid təmsilçisinin heyətində 48 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.