"Real" qapıçısı Andrey Lunini "Atletiko"ya satmaqdan imtina edib.
Offsideplus.az "Defensa Central"a istinadən xəbər verir ki, "kral klubu"na təklif olunan məbləğ 15 milyon avro olub, lakin bu, Madrid təmsilçisini qane etməyib.
"Los blankos" ukraynalı qapıçıya görə 30-35 milyon avro tələb edir.
Onun "Real"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Daha əvvəl Luninin "Çelsi"yə keçə biləcəyi ehtimal olunurdu.