"Barselona"nın futbolçusu Ronald Arauxo 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az xəbər verir ki, o, dizində yaranan problemə görə əməliyyat olunacaq.

25 yaşlı uruqvaylı Amerika Kubokunun 1/4 finalında Braziliyaya qarşı oyunda zədələnmişdi.

Bildirilir ki, müdafiəçi noyabrda Kataloniya klubunun heyətində oyunlarda iştirak edə bilər.