“Mançester Yunayted”in müdafiəçisi Villi Kambvala karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, futbolçu La Liqa təmsilçisi "Vilyarreal"la razılıq əldə edib.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Kambvala 2020-ci ildə Premyer Liqa təmsilçisinə transfer olunub. O, ötən mövsüm 10 oyunda meydana çıxıb.