"Atletik"in futbolçusu Niko Uilyams "Barselona"ya keçməyə yaxındır.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi katalonların sıralarına qoşulmağa hazırdır.

Qeyd olunur ki, 22 yaşlı futbolçu illik 9-10 milyon avro maaşla La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalaya bilər.

Uilyams geridə qalan mövsümdə 37 oyunda 8 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İspaniyalı futbolçu hazırda milli komanda ilə birlikdə Avropa çempionatında iştirak edir. O, qitə turnirində 5 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.