“Barselona” klubu “Feyenoord”un yarımmüdafiəçisi Mats Vifferi izləyir.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hollandiyalı yarımmüdafiəçi Kataloniya klubunun bütün təmsilçiləri tərəfindən bəyənilir.

 “Barselona” təmsilçiləri rotterdamlılarla məqbul məbləğdə transfer üçün danışıqlar apara biləcəklərinə əmindirlər.