"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "90min"ə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi, "Mançester Siti"nin sağ cinah müdafiəçisi Joao Kanselonu sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, La Liqa klubu 29 yaşlı futbolçu üçün təklif göndərib.

Qeyd edək ki, Kanselonun MS ilə 2027-ci ilədək müqaviləsi var.