"Barselona" "Mançester Siti"nin müdafiəçisini heyətinə cəlb etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Joao Kanselu ilə anlaşıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 3+1 illik müqavilə imzalanacaq, illik məvacib 12 milyon avro civarında olacaq.
Hazırda "Siti" və "Barselona" klubları arasında transferlə bağlı danışıqlar gedir.
Qeyd edək ki, "Barselona" daha öncə "Siti"dən ayrılan İlkay Gündoğanı heyətinə cəlb etmişdi.