Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, sözügedən klub "Barselona"nın hücumçusu Robert Levandovskiyə "göz dikib".

Məlumata görə, ərəblər 34 yaşlı forvardın keçidini 2024-cü ildə həll etmək niyyətindədirlər.

Bildirək ki, Levandovskinin "Barselona" ilə 2026-cı ilədək müqaviləsi var.