"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya Gürcüstan millisində komanda yoldaşı olan Georgi Mamardaşviliyə dəstək göstərib.

Offsideplus.az xəbər verir ki, Xviça "Valensiya" - "Real Madrid" (1:0) matçında Mamardaşvili və Vinisius Juniorun mübahisə epizodu barədə paylaşım edib. Paylaşımda deyilir:

"Bu oğlanla uşaqlığımızdan bəri birlikdəyik, akademiyada birgə qalmışıq, futbolda ilk addımlarımızı birlikdə atmışıq. Məndən daha yaxşı bilirlər ki, o, sadəcə komanda yoldaşlarını qorumaq və kömək etmək istəyib. Georginin böyük ürəyi var, yaxşı insan və qolkiperdir. O, sadəcə komanda yoldaşlarının tərəfini tutmaq üçün irəli çıxıb. Futbolda irqçiliyə yer yoxdur, Vinisius, bu mübarizədə səninlə birgəyik".

Mübahisədən görüntüləri təqdim edirik: