İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin hazırda icarə əsasında "Bavariya"da çıxış edən müdafiəçisi Joao Kanselonu sıralarına qatmaq istəyir.

Məlumata görə, La Liqa klubu yayda 28 yaşlı portuqaliyalını icarəyə götürmək üçün MS rəhbərliyi ilə danışıqlar aparır.

Kanselonun "Bavariya" ilə icarə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.