İngiltərənin "Lester Siti" klubunda çıxış edən Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü mövsümün sonunda Madrid "Atletiko"suna transfer olunacaq.

Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, türk futbolçunun "Lester Siti" ilə müqaviləsimövsümün sonunda başa çatır və o klubu ilə müqavilə yeniləməyəcək.

Beləliklə, Çağlar Söyüncünün "Atletiko Madrid"ə azad agent kimi keçəcəyi bildirilir. Məlumata görə, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeoneni Çağları komandasında görmək istəyir. Buna görə də, Söyüncünün paytaxt təmsilçisi ilə ilkin müqavilə imzaladığı bildirilir.