"Barselona"nın baş məşqçisi Xavi Ansu Fati ilə bağlı açıqlama verib. 

 Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis gənc hücumçunun az oyuna çıxması barədə bu sözləri deyib:

"Biz "Barselona"dayıq. Rəqabətin olması normaldır. İndi Ferran və Rafinyanın daha yaxşı olduğunu görürəm. Onlar rəqabət aparırlar və qərarı verən baş məşqçidir. Ansu meydana çıxıb və bizim üçün önəmli olub".