İspaniya Kral Kubokunun yarımfinalında bu gün baş tutacaq "Barselona" - "Real Madrid" matçının təxmini start heyətləri bəlli olub.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təxmini start "11-lik"lər aşağıdakı kimidir:

"Barselona": Ter Ştegen; Kunde, Arauxo, Alonso, Balde, Kessi, Buskets, Qavi; Rafinya, Levandovski, Fati.

"Real Madrid": Kurtua, Vaskes, Militao, Naço, Alaba, Kroos, Çuameni, Modriç, Valverde, Benzema, Vinisius Junior.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başalayacaq. Qalib komanda finalda "Osasuna" ilə üz-üzə gələcək.