"Lester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Çağlar Söyüncü komandadan ayrılmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu mövsüm "Dumanlı Albion"da cəmi 2 matçda meydana çıxan Türkiyə millisinin futbolçusu "Lester Siti"də oynamaq şansı əldə edə bilmir.
Xarici mətbuatda yayılan xəbərlərə görə, Madrid "Atletiko"su Çağlar Söyüncü ilə razılıq əldə edib. Təcrübəli futbolçu, "Atletiko Madrid" ilkin müqavilə də imzalayıb. Futbolçunun İspaniya komandasına ödənişsiz transfer olunacağı bildirilir.
Qeyd edək ki, “Altınordu” komandasından Almaniyanın "Frayburq" klubuna 7,9 milyon avroya transfer olan Çağlar Söyüncü, 2018-ci ildə 21 milyon avroya "Lester Siti"yə yollanıb.