Madrid "Atletiko"sunun heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Reynildo Mandava sıradan çıxıb. Mozambikli futbolçu La Liqanın 23-cü turunun "Real"la matçında zədələnib.

29 yaşlı sol cinah müdafiəçisinin durumu ciddidir. Sağ ayağınınn diz bağında yırtıq aşkarlanan təcrübəli oyunçu mövsümün sonuna kimi oynaya bilməyəcək.