“Barselona” “Kamp Nou” stadionunun ad hüququnu satışa çıxarmağa hazırdı. 

 Offsideplus.az xəbər verir ki, katalon klubu 300 milyon avro dəyərində sponsor cəlb etməyə çalışır.

Hələlik rəsmi anlaşmadan söhbət gedə bilməz. Lakin Asiya və Amerika şirkətlərinin sözügedən məbləği ödəyəcəyi gözlənilir. 2019-cu ilin əvvəllərində sazişin imzalanmaq ehtimalı yüksək qiymətləndirilir.