Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Tottenhem” klubunun və İrlandiya millisinin müdafiəçisi Mett Dohertini transfer edib.

31 yaşlı futbolçu La Liqa təmsilçisinə azad agent kimi keçib. O, yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.