"Lester Siti" klubunun türkiyəli müdafiəçisi Çağlar Söyüncü növbəti mövsümdən etibarən karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu "Atletiko"ya keçəcək.
Türkiyə millisinin üzvünün İngiltərə klubu ilə müqaviləsi yayda bitir. Mərkəz müdafiəçisi "Atletiko"ya azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, "Lester Siti" Çağlar Söyüncünü 2018-ci ilin yayında "Frayburq"dan transfer edib.