"Lester Siti"dən ayrılmağı düşünən Çağlar Söyüncünün yeni klubu bəlli olub.

Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasını La Liqada davam etdirə bilər. İspaniyanın "Atletiko" klubu Türkiyə millisinin üzvünü transfer etməyi planlaşdırır. Müqaviləsinin müddətinin başa çatmasına 6 ay qalan Çağların qış transfer dönəmində Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Lester" Söyüncünü 2018-ci ildə 22 milyon avroya "Frayburq"dan transfer etmişdi.