Zinədin Zidan baş məşqçiliyə qayıdacağını açıqlayıb.

Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bu sözləri deyib:

"Tezliklə qayıdacam. Gözləyin, bir az da gözləyin. Tezliklə dönəcəm. Baş məşqçilik etməyim çox yaxındır".

Qeyd edək ki, 2016-2018 və 2019-2021-ci illərdə "Real"ı çalışdıran Zidanın Fransa millisinin baş məşqçisi ola bilər. Didye Deşamın DÇ-2022-dən sonra milli komandanı tərk edəcəyi gözlənilir. PSJ klubu baş məşçi vəzifəsi üçün fransalı mütəxəssisə təklif göndərsə də, Zidan imtina edib.