“Barselona” klubunun vingeri Ferran Torresə görə “Mançester Siti”yə daha 52 milyon avro borcu var.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı ispaniyalını 2022-ci ilin qışında, 55 milyon avroya alıb. Xəbərdə bildirilir ki, transfer reallaşdığı vaxt “Barsa” yarımmüdafiəçi üçün cəmi 3 milyon avro ödəyib.
22 yaşlı ispaniyalı bu mövsüm 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.