"Real" gələn iki mövsüm üçün transfer planlarını indidən qurur.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" "Mançester Siti"nin iki futbolçusunu heyətinə qatmaq istəyir. Erlinq Haalandla yaxından maraqlanan İspaniya nəhəngi 2024-cü ildə 161 milyon funt sterlinqə 22 yaşlı hücumçunu transfer etməyi planlaşdırır. Haaland cari mövsüm Premyer Liqada 11 oyuna 14 qol vurub.
"Real"ın diqqətində olan digər oyunçu isə Juan Kanselodur. La Liqa təmsilçisi 29 yaşlı müdafiəçini gələn mövsüm 36-40 milyon funt sterlinqə transfer edəcəyinə inanır.
Qeyd edək ki, hər iki futbolçunun "Siti"ylə müqavilələrinin müddəti 2027-ci ilə qədərdir.