"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin portuqaliyalı vingeri Bernardo Silvanı heyətinə qatmaq niyyətindədir.

28 yaşlı futbolçunun keçidinin qış transfer dövründə həll ediləcəyi gözlənilir. Silva üçün tərəflər arasında danışıqlar aparılır.

Onun üçün "şəhərlilər"ə təklif olunan məbləğ hələ ki bəlli deyil.

Qeyd edək ki, adıçəkilən oyunçu 2017-ci ildən "Mançester Siti"də çıxış edir.