"Barselona" klubunun yeni transferi Robert Levandovski forma nömrəsini seçib.

Offsideplus.az xəbər verir ki, təcrübəli polşalı hücumçu 9 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli forma ilə Memfis Depay oynayıb.

Xatırladaq ki, "Barselona" bu yay Levandovski ilə 4 illik müqavilə imzalayıb.